Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 1-də və 2-də ümumi çəkisi 7,1 kiloqramdan artıq narkotik vasitə və 87 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.