Ağcabədidə qətl törətməkdə təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib.
Qeyd: Hadisə bu il iyunun 9-da saat 16 radələrində Ağcabədi rayonunun Pərioğullar kəndində qeydə alınıb. Fermada çoban işləyən 39 yaşlı Babayev Natiq Mayıl oğlu otlaq sahəsində bacısı oğlu 7 yaşlı Əhmədov Anar Yasin oğlunun başına ağacla bir neçə dəfə zərbə vurub.
Azyaşlı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.