7 AVTOMAT, 8 QUMBARA, 10 TÜFƏNG... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

İyunun 27-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, iyunun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 8 qumbara, 5 alışdırıcı, 10 tüfəng, 17 patron darağı və 654 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.