7 AVTOMAT, 3 QUMBARA, 15 TÜFƏNG... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, avqustun 23-də və 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 3 qumbara, 5 partladıcı, 15 tüfəng, 18 patron darağı və 1792 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.