6,9 KQ HEROİN, 10,5 KQ MARİXUANA, 4,9 KQ METAMFETAMİN... - Gün ərzində 22,3 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 27-də ümumi çəkisi 22,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,9 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana və 4,9 kiloqrama yaxın metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.