Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada 2,5-6.5 milyard rubldan (28-72 milyon dollar) çox dəyəri olan 673 kq kokain müsadirə edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Latın Amerikasında istehsal olunan kokainin Avropa İttifaqına qaçaqmalçılıq yolu ilə daşınması planlaşdırılıb.