Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 11-də ümumi çəkisi 6,7 kiloqramdan artıq narkotik vasitə, 256 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.