64 KQ NARKOTİK, 50 ƏDƏD PSİXOTROP HƏB... - Ötən gün ələ keçirilən narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də ümumi çəkisi 64 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 830 kiloqram çəkidə 366 ədəd çətənə kolu götürülüb.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yabanı halda bitmiş 2 tondan artıq çəkidə 9784 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.