62 yaşlı qadının şikayəti ilə bağlı DİN-dən AÇIQLAMA – “Cinayət işi başlanılıb…”

Stopnarkotik.az saytında dərc olunan “62 yaşlı qadın narkoman oğlu tərəfindən evindən çölə atılıb – ŞİKAYƏTİNƏ BAXILMIR” Daxili İşlər Nazirliyi (DİN) tərəfindən reaksiya verilib. Qurumun Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, şikayətçi Süleymanova Səbiqə Tumas qızının müraciəti mülki xarakterli olduğundan, ona məhkəməyə müraciət etməsi tövsiyə olunub:

“Ananın oğlunun evdən çıxarılması ilə bağlı müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Şəxslər arasında yaranan mübahisə zamanı alınan xəsarətlərlə bağlı isə müvafiq polis orqanında Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi başlanılıb. Araşdırma aparılır”, - deyə DİN-dən bildirilib.

Stopnarkotik.az