6 vəkilə xəbərdarlıq, 1 vəkilə töhmət verildi

2025-ci il avqustun 20-də Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Stopnarkotik.az xəbər verir ki, iclasda davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub, eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.