59 yaşlı kişiyə donuz ürəyi köçürüldü, amma cəmi 6 həftə yaşadı… - FOTO

Bu ilin sentyabrında donuz ürəyi köçürülən amerikalı Lourens Fosset oktyabrın 30-da 59 yaşında vəfat edib. Stopnarkotik.az xəbər verir ki, bu barədə Merilend Universitetinin Tibb Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Həkimlərin sözlərinə görə, son günlər Fossett transplantasiyadan imtina reaksiyası yaşayıb. Əməliyyatdan sonra xəstə təxminən altı həftə yaşayıb.

Bildirilir ki, Lourens Fosset geni dəyişdirilmiş donuz ürəyi alan ikinci xəstə olub. O, sentyabrın ortalarında ürək çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib, lakin sağlamlıq problemlərinə görə insan orqanının donorluğunu almaq hüququna malik deyildi.

Bu, ikinci belə əməliyyatdır, birincisi 2022-ci ilin yanvarında həyata keçirilib. Sonra GM ürəyi ağır aritmiyadan əziyyət çəkən 57 yaşlı kişiyə köçürülüb. Lakin o, əməliyyatdan təxminən iki ay sonra dünyasını dəyişib. Həkimlər əvvəlcə bunun səbəbinin donuz sitomeqalovirusu olduğuna inanırdılar, baxmayaraq ki, sonradan bunun venadaxili immunoqlobulinlər olduğu aşkarlanıb.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az