58,5 KQ NARKOTİK, 182 ƏDƏD PSİXOTROP HƏB... - Ötən gün ələ keçirilən narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 18-də ümumi çəkisi 58,5 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 182 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 5,5 tona yaxın 14986 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.