58 yaşlı kişidən külli miqdarda narkotik tapıldı

Tiflisin ətrafındakı Poniçala kəndinin sakinindən misli görünməmiş külli miqdarda metadon müsadirə edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzenin brifinqdə məlumat açıqlayıb.

Nazir müavini bildirib ki, 58 yaşlı kişinin üzərindən 34 512 həb narkotik maddə aşkarlanıb. Bu, gürcü polisi tərəfindən indiyədək ələ keçirilən ən böyük miqdarda metadondur. Həmçinin, axtarış zamanı xüsusi təchiz olunmuş gizləndiyi yerlərdən təkcə metadon deyil, həm də 2 litrə qədər heroin, morfin və kodein olan maye aşkar edilərək götürülüb. Saxlanılan şəxsi 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Stopnarkotik.az