58 yaşlı kişi özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı

Sumqayıtda 58 yaşlı kişi müalicə aldığı xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə 1 saylı şəhər xəstəxanasında qeydə alıb.

1966-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Canıyev müalicə aldığı xəstəxananın sanitar qovşağının pəncərəsindən özünü atıb.

Məlumata görə, F. Canıyev nevroloji şöbədə müalicə alırmış.

Faktla bağlı araşdırma aparılır.