5,5 KQ NARKOTİK, 2074 ƏDƏD... - Aşkar olunan narkotiklər haqda rəsmi açıqlama

İyulun 17-də ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 882 kiloqram çəkidə 2074 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar olunub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdək əlavə edilib.

Stopnarkotik.az