5200-dən çox məhkuma elektron nəzarət vasitəsi tətbiq edilib - RƏSMİ

Azərbaycanda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq ediilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-ci ilin yekunları ilə bağlı kollegiya iclasında bildirilib.

İclasda azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının diqqətdə saxlanılaraq hazırda 5 200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edildiyi bildirilib, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərə toxunularaq ötən ay Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleksin istifadəyə verildiyi, digər belə bir müəssisənin yaxın zamanda Lənkəranda istismara veriləcəyi qeyd olunub.