51 KQ NARKOTİK, 1445 ƏDƏD PSİXOTROP HƏB ƏLƏ KEÇİRİLDİ - DİN-dən açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 14-də ümumi çəkisi 51,1 kiloqram olan narkotik vasitə və 1445 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 1300 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.