5 nəfəri öldürən Əhməddən XƏBƏR VAR - MƏHKƏMƏ QƏRAR VERDİ / YENİLƏNİB

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı müstəntiqin vəsatətinə, prokurorun təqdimatına baxılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Məhkəmə vəsatət və təqdimatı təmin edib, Əhməd Əhmədovun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi qərara alınıb.

Yaxın günlərdə Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək və müşahidə altında saxlanılacaq. Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı rəy hazırlanacaq.

***15:22

Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Stopnarkotik.az xəbər verir ki, Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.

Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. Təqdimata yaxın müddətdə Xətai Rayon Məhkəməsində baxılacaq.

Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.

Qeyd edək ki, ötən gün Qafqazinfo.az saytı Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürüldüyü ilə bağlı məlumat yayıb.