Polis əməkdaşları həftəsonu ölkə ərazisində 19 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə martın 30-da və 31-də ümumi çəkisi 19,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,9 kiloqrama yaxın heroin, 13,6 kiloqrama yaxın marixuana, 300 qrama yaxın tiryək, 800 qramdan çox metamfetamin, həmçinin 309 ədəd metadon həbi olub.