48,7 KİLOQRQAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 1,5 tona yaxın çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 48,7 kiloqramdan artıq narkotik vasitə, 17 ədəd psixotrop tərkibli həb, kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 13667 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.