Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də və 28-də ümumi çəkisi 67,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 46,6 kiloqramdan çox marixuana, 3 kiloqram həşiş, 2 kiloqramdan çox tiryək, 800 qramdan artıq heroin və 15 kiloqrama yaxın psixotrop maddə metamfetamin olub.