Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda polis 46 fərqli cinayət törətmiş qadını ələ keçirib.
Məlumata görə, xanım axtarışda olub.
O, əməllərinə görə 60 illik həbs cəzası alıb, lakin qaçıb gizlənərək vilayət-vilayət gəzib.
Çoxsaylı oğurluq hallarında təqsirli bilinən qadın nəhayət ki, iyunun 25-də doqquz saatlıq pusqu əməliyyatı nəticəsində tutularaq həbsxanaya yerləşdirlib.