Narkotrafiklə mübarizəyə yeni texnologiyalar cəlb edilir, o cümlədən süni intellekt. Hazırda Venesuela və Meksika ilə ərazisinə axan narkotik üzündən münasibələri kəskinləşən ABŞ Karib dənizi və Sakit Okeanın şərq bölgəsində narkotik daşınmasının qarşısını almasında süni intellektə üz tutur.
ABŞ Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinə narkotrafikin qarşısını kəsmək üçün dronlar, müşahidə sistemləri və məlumat analitikası yenidən isitemləşdirilir. Belə ki, Silikon Vadisi və Dubay şirkətləri fentanil qaçaqmalçılarının gizli şəbəkələrini xəritələşdirmək üçün alqoritmlər təklif edirlər. Bu sistem Ukraynadakı müharibədə tətbiq edilir. Dolayı yolla bu sistem müharibədə sınaqdan keçirilir. ABŞ bu elektron müharibə sistemini cənub sərhədində Meksika narkokartellərinin dronlarını zərərsizləşdirmək üçün istifadəyə girişib. Dronlarla döyüş strategiyası narkotik daşıyan kiçik gəmilərə zərbələr də daxil olmaqla, görünməmiş hərbi kampaniyaya şəklini alıb. Bunu məhkəmədənkənar qətllər adlandıran bəzi müttəfiqlərin tənqidlərinə baxmayaraq, biznes sferası fəal şəkildə bu hərəkata qoşulub. Bu kampaniyada aktıv iştirak edən şirkətlərdən biri “Shield Aİ” şirkəti və onun startap məhsulu V-BAT dronlarıdır. Belə ki, narkotrafikə qarşı müqavilələr şirkət üçün yeni dövr açıb. ABŞ-ın Sahil Mühafizəsi onlarla gəmisini V-BAT dronları ilə təchiz etməyi planlaşdırır. Qurum rəsmisinin sözlərinə görə, uzun məsafələri qət edə bilən belə dron on patrul qayığının işini görə bilər.
Maliyyə vəsaiti siyasi prioritetlərə yönəlir. Bu ilin iyul ayında ABŞ-ın Dövlət Xəzinəsi on il ərzində Daxili Təhlükəsizlik Departamentinə əlavə 165 milyard dollar, o cümlədən sərhəd təhlükəsizliyi texnologiyaları üçün 6 milyard dollar ayrılıb. Pentaqon narkotik qarşı mübarizə və sərhəd qorunması üçün 1 milyard dollar, Sahil Mühafizəsi isə yeni gəmilər üçün 4 milyard dollar və robototexnika üçün 350 milyon dollar alıb.
Latın Amerikası üzrə narkoəməliyyatların həvalə edildiyi ABŞ Cənub Komandanlığı hərbi mərkəzə çevrilib. Bölgə yeni PUA sistemləri üçün sınaq meydançasına çevrilib. V-BAT dronlarının ilkin sınaq meydanı Ukraynadakı müharibə oldu.
İş burasındadır ki, xarici şirkətlər də bu sahəyə maraq göstərirlər. Dubayda yerləşən “Rakia Group” narkotik qaçaqmalçılığına qarşı süni intellekt alətlərini təklif etmək üçün ABŞ-da törəmə şirkət yaradıb. “Rakia Group”un Sİ platforması narkotrafik marşrutlarını tapmaq üçün şifrəli mesajlaşma tətbiqlərindən, DARKWEB və gəmi siqnallarından gələn məlumatları təhlil edir.
Sİ strategiyası çərçivəsində ABŞ ordusu Meksika ilə sərhəddə 44 milyon dollarlıq əməkdaşlıq müqaviləsinin imzalandığı “Epirus” şirkətinin də daxil olduğu anti-dron sistemlərini sınaqdan keçirir
Dünyanın hegemon dövləti olan ABŞ-ın narkotikə qarşı Sİ-ə üz tutması onu deməyə əsas verir ki, hər sahədə yeniliklər tətbiq olunduğu kimi bu yeniliyi qaçaqmalçılığa qarşı da istifadə etməliyik. Nəzərə alsaq ki, nəinki regional, hətta qlobal müstəvidə ilk dəfə 44 günlük müharibəni PUA və dronlarla aparan Azərbaycan narkoticarətə qarşı da bu innovasiyaya üz tutmalıdır. Meksika ABŞ üçün nədirsə, qeyri-leqal narkotrafik məsələsində İran da Azərbaycan üçün odur. Amma bir neçə gün öncə Irandan Azərbaycandan keçməklə Estoniyaya gedən 90 milyon dollarlıq heroin yükünün ABŞ-ın verdiyi dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi qurğusu ilə tutulması onu deməyə əsas verir ki, çalışsaq mübarizəni effektiv apara bilərik. Buna görə də ilk dəfə yeni texnologiyalarla müharibə aparan ölkə kimi narkotrafikə qarşı da Sİ-i uğurla istifadə edə bilərik. Bu bizim yeni strategiyamız olmalıdır. Biz də İranın narkotrafik tədarüklərini şifrəli mesajlaşma tətbiqləri, DARKWEB, V-BAT dronları ilə izləyə bilərik. Qəbul etməliyik ki, yeni dünyanın mübarizə üsulları yeni yanaşma tələb edir.
Stopnarkotik.az