42 saat liftdə ac və susuz qaldı

Hindistanda kişi 42 saat yeməksiz və susuz xəstəxananın liftində qalıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə o, BBC-yə danışıb.

Ölkənin cənubundakı Kerala əyalətindən olan 59 yaşlı Ravindran Nair şənbə günü həkimi ilə görüşmək üçün xəstəxanaya gedib. Lakin bədbəxt hadisə onu 42 saat ac və  susuz buraxıb. Liftin qırılması nəticəsində  saatlarla qapalı məkanda qalan kişinin köməyinə  təmizlik işçisi yetişib. 

Ailə üzvləri Nairanın işdə olduğunu zənn etdikləri üçün ondan narahat olmayıblar.

Kişi kabinənin içərisində nömrəsi göstərilən təcili xidmətə zəng etməyə çalışsa da, operatorlarla əlaqə saxlaya bilməyib. Daha sonra Nair ailəsinə zəng etsə də, açan olmayıb və sonra telefon tamamilə işləməyib. 42 saat qaranlıqda liftə qalan kişi  xilas olunduqdan sonra ilkin tibbi yardım göstərilib.