Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 16-da və 17-də ümumi çəkisi 44 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqrama yaxın heroin, 41,2 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 600 qrama yaxın metamfetamin, həmçinin 220 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.