41 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 4,2 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 4-də ümumi çəkisi 41 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 4,2 ton çəkidə 6124 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. 

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.