40,7 KQ NARKOTİK, 127 ƏDƏD PSİXOTROP HƏB... - Həftəsonu aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 6-da və 7-də ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə, 127 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 181 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.