4 AVTOMAT, 2 QUMBARA, 40 TÜFƏNG... - Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

Ötən gün vətəndaşlardan 44 silah-sursat götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili işlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan 4 avtomat, 2 qumbara, 5 patron darağı, 637 ədəd müxtəlif çaplı patron və 40 müxtəlif markalı tüfəng təhvil götürülüb.

Əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat və 6 tüfəng götürülüb.