3,8 min məhbus vaxtından əvvəl azad edildi: Görün hara göndərirlər

Ukrayna Silahlı Qüvvələrinin sıralarında boşluqları doldurmaq üçün təsdiq edilmiş səfərbərlik qanununa əsasən 3,8 minə yaxın məhbus vaxtından əvvəl azad edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti yazıb.

Nəşrin Ukrayna Ədliyyə Nazirliyinə istinadən qeyd etdiyi kimi, 5,9 min məhbus Ukrayna Silahlı Qüvvələrinə qoşulmaqda maraqlı olduğunu bildirsə də, onların bəzilərindən səhhətinə görə imtina edilib.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti Ukraynanın ədliyyə naziri Denis Malyuskaya istinadən yazıb ki, Ukrayna hakimiyyəti 15 minə yaxın məhkumu Ukrayna Silahlı Qüvvələri sıralarına cəlb etməyi gözləyir.

Xatırladaq ki, Ukrayna lideri Vladimir Zelenski həbsxanada cəza çəkən cinayətkarların səfərbər edilməsi haqqında qanun layihəsini imzalayıb. İyunun ortalarında CNN telekanalı Ukraynanın ədliyyə naziri Denis Malyuskaya istinadən xəbər verib ki, Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilmiş ukraynalı məhbusların ilk qrupu artıq təlim keçir.