35 yaşlı kişi reabilitasiya mərkəzində öldü

Bakıda reabilitasiya mərkəzində ölüm olub.

Hadisə paytaxtın Pirşağı qəsəbəsində yerləşən Sağlam Dünya Reabilitasiya Mərkəzində qeydə alınıb. 

Orada müalicə alan, Beyləqan rayon sakini, 1989-cu il təvəlüdlü Cəlil Mehdiyev dünyasını dəyişib. 

C. Mehdiyevin ölümünün səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib. 

Faktla bağlı araşdırma aparılır./lnet.az