Polis əməkdaşlarının yanvarın 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 18,9 kiloqramdan çox marixuana, 3,5 kiloqramdan artıq heroin, 50 qramdan artıq tiryək, 720 qrama yaxın metamfetamin və 1765 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Stopnarkotik.az