35 kiloqramdan artıq narkotik vasitə ələ keçirildi - ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 27-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə, həmçinin 101 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.