34,7 KİLOQRQAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 8,7 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 16-da ümumi çəkisi 34,7 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 8,7 ton çəkidə 32085 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən  məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.