Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Ələtli kəndi ərazisində yerləşən süni göldə bir nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Axtarışlar nəticəsində göldə batmış 1991-ci il təvəllüdlü Nuriyev Elman Teymurşah oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
*** 11:16
Hacıqabul sakini göldə boğulub.
Hadisə Hacıqabul şəhərinin kənarında yerləşən balıq yetişdirilən göllərdən birində baş verib.
Hacıqabul sakini, 1991-ci il təvəllüdlü Nuriyev Elman Teymurşah oğlu göldə boğularaq ölüb.
Onun meyiti sudan çıxarılaraq Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.