3,3 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 55 mindən çox çətənə kolu məhv edildi

İyunun 10-da, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 3,3 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Yabanı halda bitmiş 55126 ədəd (təxminən 19,6 ton) çətənə və xaş-xaş kolu aşkar edilərək məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.