Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 27-də ümumi çəkisi 23,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,2 kiloqramdan artıq heroin, 17,5 kiloqrama yaxın marixuana, 3 kiloqramdan çox tiryək, həmçinin 830 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Stopnarkotik.az