32 KİLOQRQAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 1,9 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 1-də ümumi çəkisi 32 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1,9 tona yaxın çəkidə 4876 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.