Polşada azərbaycanlı intihar edib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxt Varşavanın Okeice ərazisində yerləşən Şopen hava limanında baş verib. Biznes salonunun yaxınlığında 31 yaşlı Azərbaycan vətəndaşı özünü pilləkənlərdən ataraq, həyatına son qoyub.
Şahidlər bildiriblər ki, həmin şəxs platformaya çıxaraq, bel çantasını yerə qoyub və sonra özünü atıb.
Araşdırma aparılır.