Rusiyanın Sankt-Peterburq şəhərində 30 il əvvəl baş vermiş cinayətin üstü açılıb.
Stopnarkotik.az lent.az-a istinadən verdiyi xəbərə görə, söhbət 25 yaşlı Arif adında şəxsin yaxınları ilə birgə 2 rus qadını zorlaması və amansızlıqla qətlə yetirməsindən gedir.
Məlumata görə, 1993-cü il mayın 17-də Arif və dostları 2 qadını Qatçinsk rayonunun meşə ərazisinə aparıblar. Onları zorladıqdan sonra bıçaqla doğrayıblar. İlkin istintaqa o da məlum olub ki, bu illər ərzində Arif bir neçə dəfə pasportunu dəyişib. Uzun müddət Peterburqda yaşamayıb. 2000-ci illərdə o, narkotik maddələrlə bağlı 2 dəfə həbs olunub, amma qətl epizodu ilə bağlı ona ittiham irəli sürülməyib.
Hazırda təcridxanada saxlanılan Arifin həmin günü onunla bərabər olan dostları da axtarılır.