Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 13-də ümumi çəkisi 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin, 1,3 kiloqrama yaxın marixuana və tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Stopnarkotik.az