3 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 22 mindən çox çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 13-də ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 2 tona yaxın çəkidə 22100 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.