3 AVTOMAT, 10 QUMBARA, 16 TÜFƏNG... - Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Fevralın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 qumbara, 9 alışdırıcı, 16 tüfəng, 4 patron darağı və 210 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.