29,2 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 903 ədəd çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 5-də ümumi çəkisi 29,2 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,5 tondan artıq çəkidə 903 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.