"Metronun "28 May" stansiyası bağlanmır. Elə bir məlumat yoxdur".
Stopnarkotik.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, "28 May" stansiyasından qatarların "Dərnəgül" stansiyası istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə tətbiq olunacaq:
"Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub. Sərnişinlərin "qırmızı" və "yaşıl" xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək".