Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 100 kiloqram çəkidə 132 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.