Martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirlyinin Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, sözügedən silah-sursat polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkarlanıb.