Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 8-də ümumi çəkisi 23,2 kiloqramdan artıq narkotik vasitə və 37 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 7655 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.