Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 9-da ümumi çəkisi 2,3 kiloqramdan artıq narkotik vasitə və 1008 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.