2,3 KİLOQRQAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 6,9 ton çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 24-də ümumi çəkisi 2,3 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 6,9 tondan artıq çəkidə 2875 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.