21,9 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 72 ədəd çətənə kolu məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 8-də ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 72 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.